İran ordusunun baş qərargah rəisi ABŞ-ı təhdid etdi: “Düşmənlərimiz bilsin ki…”

İran ordusunun baş qərargah rəisi ABŞ-ı təhdid etdi: “Düşmənlərimiz bilsin ki…” “Düşmənlərimiz bilməlidir ki, İran ordusu düşmənlərinin, xüsusilə, ABŞ hökumətinin hiylələrini və macəraçı davranışlarını izləyir. ABŞ-ın xain təhdidlərinə qarşı çıxmağın yaratdığı yeni şərtlər bütün iranlıları ayıq-sayıq olmağa təşviq edir”.

Publika.az xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqiri deyib.

İRNA-nın xəbərinə görə, Baqiri “Müqavimət və Zəfər Günü” bayramı və Hürrəmşəhr şəhərinin azadlığı ildönümü münasibətilə mesaj yayımlayıb.

Baş qərargah rəisi 8 il davam edən İran-İraq müharibəsi zamanı İraq qüvvələri tərəfindən 19 ay işğal altında saxlanan Hürrəmşəhr şəhərinin 24 may 1982-ci ildə azad edilməsini İrannın Milli müqavimət və zəfər günü olduğunu qeyd edib.

Oxşar xəbərlər