Aprel əks-həmlə əməliyyatı Silahlı Qüvvələrdə keçirilən islahatların nə qədər uğurlu olduğunu növbəti dəfə sübut etdi”
Bunu Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov “Milli Məclis” jurnalına müsahibəsində deyib.
Baş Qərargah rəisi bildirib ki, əməliyyatlarda ordumuzun əsas məqsədi qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqeləri və nöqtələrinin məhv edilməsi idi.
“Biz dinc əhalinin təhlükəsizliyinin təmin edilməsinə çalışırdıq və bu məqsədə nail olduq. Dinc əhalini atəşə tutan düşmən nəinki məhv edildi, hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarıldı. Qoşunların genişmiqyaslı iştirakı olmadan belə biz işğal edilmiş 2000 hektardan çox ərazini azad etdik, eyni zamanda, Ağdərə-Madagiz və Horadiz-Cəbrayıl istiqamətlərindəki ərazinin böyük bir hissəsini və yolları əməliyyat nəzarətinə götürdük”.
N.Sadıkovun sözlərinə görə, Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin rəşadətinə ən yüksək qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi.
“Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi növbəti dəfə idrakın səsinə qulaq asmadı, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ona verilmiş fürsətdən istifadə etmədi və danışıqlarda yenidən qarşıdurma yolunu seçdi.
2018-ci ildə rəşadətli ordumuz ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Naxçıvan torpağını azad edərək bir daha qəhrəmanlıq və şücaət göstərdi. Böyük həcmdə mühəndis və kəşfiyyat işi aparıldı. Naxçıvan əməliyyatı yüksək ustalıq və peşəkarlıqla həyata keçirildi. Biz düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır”.
Baş Qərargah rəisi qeyd edib ki, bu gün Ermənistanın daxilində yaranmış çətin siyasi vəziyyəti nəzərə alaraq Prezidentimiz Ermənistan Respublikası hökumətinin yeni başçısına fürsət verir ki, düşünsün və Azərbaycanın zəbt edilmiş torpaqlarını sülh yolu ilə azad etsin.
“Ermənistanda hər kəs anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə hazırdır və işğal edilmiş əraziləri azad etməyə qadirdir. Ermənistanda elə zənn etməsinlər ki, vaxtı uzatmaqla danışıqlardakı status-kvonu qoruyub saxlaya biləcəklər”.