
Gündəlik yayımlanan “Salsa saatı” proqramını aparan prezident bu rəqslə bağlı ensiklopedik biliyi ilə də təəccübləndirib. Proqramın sonunda isə Maduro həyat yoldaşı ilə rəqs edib.
Qaydalara əsasən, prezident həftənin iki günü 4 saatlıq proqramda aparıcılıq edəcək.
Müxalifət lideri Enrike Kapriles bəyan edib ki, Maduro Venesuela vətəndaşlarına hörmətsizlik edib.
Prezident isə cavabında ölkə əhalisinin əylənməyə də haqqının olduğunu deyib.