Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov - Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir
Hazırda hər kəsə bəllidir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Ölkəmiz koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.
Bu il Lerik rayonunda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında Lerikin də adını çəkmək olar.
Hazırda rayona rəhbərlik edən icra başçısı Rövşən Bağırovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.
Qeyd edək ki, Rövşən Bağırov Lerikə icra başçısı təyin edilməsindən artıq 13 il keçib. Hələ digər sahələrdə işləyərkən cənab Bağırov bir sıra uğurlara imza atmış, Vətənçün bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Lerikə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Rövşən Bağırovun gərgin əməyi və zəhməti sayəsində Lerik sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lerikin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qanuninfo.az-ın elektron poçtuna ünvanlanan məktublarda Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Bir neçə il əvvələ qədər Lerikdə görülən işlərin miqyası belə geniş deyildi. Qanuninfo.az olaraq material hazırlayanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bir cümlə yazanda, beş cümlə də rayonun füsunkar təbiətindən, payız dumanının dərələrdə sürünməyindən, bəyaz bulud karvanlarının yaşıl ormanların üzərində “dincini almağından” və sair gözə xoş gələn özəlliklərdən bəhs etməli olurduq. İndi Lerikdə tikinti-quruculuq, abadlıq istiqamətində o qədər iş görülür ki, yazının həcmli və ya dolğun çıxması üçün təbiət gözəlliklərinə üz tutmağa ehtiyac qalmır.
Lerik rayonunun inkişafı çox sürətlə gedir. Son üç il ərzində Lerikdə iqtisadiyyat təxminən beş dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir"
Lerik rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Lerik ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.