
Qaşıqçının övladlarına krallıq hər ay təzminat ödəyəcək və krallıq ərazisində bahalı mülklər verəcək.
Qaşıqçı ailəsinin xəbərinə əsasən, jurnalistin iki qızı və iki oğluna 4 milyon dollarlıq ev və hər ay külli ödəniş ediləcək. Bu ödənişlər kral Salman tərəfindən təsdiqlənib və böyük haqsızlıq olduğunu təsdiq edir.
Bununla yanaşı, təzminat Qaşıqçı ailəsinin üzvlərinin susması məqsədi ilə verilmir. Sadəcə adətə uyğun olaraq qurbanın ailəsinə kömək məqsədi ilə ödənilir.