“Fast food” psixi xəstəliklərə səbəb olur — Alimlərdən açıqlama

“Fast food” psixi xəstəliklərə səbəb olur — Alimlərdən açıqlama ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc ediblər. ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc ediblər.
Alimlər bu dəfə qeyri-sağlam qida qəbulu ilə psixi xəstəliklər arasındakı əlaqəni araşdırıblar.

Mütəxəssislər müəyyən ediblər ki, qeyri-sağlam qida qəbul edənlər sağlam qida qəbul edənlərə nisbətən daha çox psixi pozğunluq yaşayıblar. Təcrübə zamanı alimlər 2005-2015-ci illər arasında keçirilmiş telefon sorğularını analiz ediblər. Sorğu 240 min nəfər arasında keçirilib.
Həkimlərin qənaətinə əsasən, sorğuda iştirak edənlərin 17 faizi psixi xəstəlikdən, 13,2 faizi normal psixi pozuntu, 3.7 faizi isə ağır psixi pozuntulardan əziyyət çəkib. Müəyyən edilib ki, şəkər qəbulunu artırmaq bipolyar pozuntu, qidanı çox qəbul etmək isə depresiya ilə əlaqəlidir.

Oxşar xəbərlər