Tədqiqat üzərində 23 alim işləyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq qaynar qəhvə və çayın istifadəsini sağlamlıq üçün təhlükəli hesab edir.
Agentliyin tədqiqatına əsasən, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər.
Söhbət qaynarlığı 65 dərəcə Selsidən yüksək olan içkilərdən gedir.
“Tədqiqatın nəticələrinə görə, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər. Buna səbəb içkilərin tərkibi deyil, onların temperaturudur”, - ÜST-ün xərçəng üzrə tədqiqat agentliyinin rəhbəri Kristofer Vayld bəyan edib.
Tədqiqatın üzərində 23 alim işləyib. Onların işinin nəticələri “Lanset” tibb jurnalında dərc olunub.