“Hazırda qəzetlərdə təkmilləşmə işləri gedir. Çapla, rənglə, ölçülərlə bağlı dəyişikliklər aparılır. Bütün bunların hamısı təqdirəlayiqdir. Bəzi KİV-lər etik qaydaların hamısı ötüb keçib. Bunun da qarşısını almaq üçün birinci şərt qanunvericilikdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin fevralın 1-də keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, vətəndaşın təhqir olunması, dövlətin əleyhinə fikirlər bütün bunların hamısı cəzasızlıq mühitinə gətirib çıxarıb:
“Buna görə də “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ciddi dəyişiklik edilməlidir. Mətbuat Şurası yığışıb bunu formatını müəyyənləşdirməlidir. Bu gün Azərbaycanda mətbuata yüksək səviyyədə diqqət göstərilir. Mətbuat nümayəndələri üçün evlər tikilib. Amerikada jurnalistə daxma verilir? Bu gün isə bizdə artıq jurnalistlər üçün 3-cü bina tikilir. Elə mətbuat nümayəndəsi var ki, onun 10 işçisi ev alıb. Ona görə də hesab edirəm ki, o mətbuat orqanları da bu təhqiramiz fikirlərə cavab verməlidir”.