Paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən “Lombard”dan qızıl qarşılığında pul götürən şəxslər indi qızıllarını geri ala bilmir.
Baku TV verdiyi xəbərinə görə, şikayətçilər deyir ki, lombard sahibləri mağazanı bağlayıb, zənglərə isə cavab vermirlər.
Sakinlər deyirlər ki, həmin şəxslər 100-ə yaxın vətəndaşı aldadıb. Adıçəkilən lombardın sahibini tanıdığını deyən Zəminə Məhərrəmova bildirir ki, həmin qadın ona qarşı da dəfələrlə dələduzluq edib.
Lombard sahibləri ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.