Abşeron rayonu, Novxanı kənd 2 nömrəli məktəbdə oxuyan şagirdlərin valideynləri iddia edirlər ki, maskalı bir qadın mütəmadi olaraq məktəbə gələrək orada oxuyan 6-cı sinif şagirdi Gülcan İsmayılzadəni oğurlayacağını deyib.
AZTB.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, əks təqdirdə məktəbdə oxuyan şagirdlərdən birini oğurlayacağını bildirib.
Nərmin Həsənovanın axtardığı Gülcan İsmayılzadə və onun sinif yoldaşları da dəfələrlə həmin qadın tərəfindən hədələndiyini deyir.
Araşdırma zamanı məlum olub ki, sözügedən qadın Nərmin Həsənova əvvəllər Gülcan İsmayılzadənin əmisi yoldaşı olub.
Elə həmin illərdə də Gülcan İsmayılzadəni övladlıqda saxlayıb. Bir müddət sonra o, yoldaşından boşanıb və Gülcanla yaşamağa başlayıb. Gülcan İsmayılzadənin dediyinə görə, həmin qadın dəfələrlə ona işgəncələr verib. Bu işgəncələrə dözməyən Gülcan isə öz anası evinə qaçıb. Hər şey isə elə bundan sonra başlayıb.
Gülcan İsmayılzadə yenidən həmin şəxslə yaşamaq istəmədiyini deyir. Məsələ ilə bağlı məktəb direktoru Xanverdi Kazımov məktəbə belə bir şəxsin gəldiyini təsdiqləyib.
Xanverdi Kazımov məsələ ilə bağlı yenidən Təhsil Nazirliyinə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.
Haqqında iddialar səslənən Nərmin Həsənov zənglərə cavab verməyib.