Minsk qrupunun hazırkı prosesini dəstəkləyirəm. İndiki vəziyyət daha optimistdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur.
Azərtac xəbər verir ki, bu fikirləri Finlandiyanın Prezidenti Sauli Niinistö AŞPA-da azərbaycanlı deputat Rafael Hüseynovun sualına cavabında söyləyib.
“Hərbi münaqişələrin, qaçqınlar probleminin və bunlardan törəyən digər fəsadların aradan qaldırılmasında, əslində, hamımız maraqlıyıq. Çünki bunun bu və ya digər dərəcədə hamıya təsiri var. Azərbaycanın problemi də bizə yaxşı tanışdır, bu münaqişənin tezliklə sülh yolu ilə, diplomatik vasitələrlə həllində maraqlıyıq və Minsk qrupu çərçivəsində buna istənilən dəstəyi göstərməyə hazırıq. Son dövrdəki müşahidələrimiz, danışıqlar prosesi optimizmdən xəbər verir. Ümid var ki, Azərbaycan və Ermənistanın maraqlarına optimal cavab verən qərarlar qəbul ediləcək”, - deyə o vurğulayıb.