Arif Alışanov AzTV-ni necə qarət edib... - İTTİHAM

Arif Alışanov AzTV-ni necə qarət edib... - İTTİHAM Bir neçə gün öncə Azərbaycan prezidentinin sərəncamı ilə işdən azad edilən AzTV-nın maliyyəçi sədri Arif Alışanovun komandası təlaş icindədir. Cünki illərlə qeyri-qanuni yolla topladıqları sərvətləri əllərindən alına bilər.

İstiqlal.az xəbər verir ki, Arif Alışanovun vəzifədən kənarlaşdırılmasından ən cox narahatlıq kecirən Nazim Mürsəlovdur. Məlumatda bildirilir ki, N. Mürsəlov A. Alışanovun “sağ əli” sayılırmış. O, vaxtiylə AzTV-də qaynaqcı işləsə də, sonradan himayədarının dəstəyi ilə İctimai Televiziyanın baş direktorunun texniki işlər üzrə müavini vəzifəsinə qədər yüksəlməyi bacarıb. Hətta deyilənə görə, qeyri-rəsmi olaraq İTV-nin baş direktoru vəzifəsini icra edirmiş (İTV son 5 ildə Alışanovun idarəetməsində olub).

İddia olunur ki, əslində, İTV-nin kecmiş baş direktoru Cəmil Quliyevə işləməyə imkan verməyən, verilən tapşırıqları yerinə yetirməyən və ya işi özünə sərf edən formada icra edən, idarəetmənin nə olduğunu anlamayan Nazim Mürsəlovun İTV-də öz səviyyəsinə uyğun bir “şər qrupu” da fəaliyyət göstərirmiş. Onun formalaşdırdığı qrup orada calışan istənilən peşəkar əməkdaşı şərləyib, lazım gələndə üzünə duraraq həmin şəxs haqqında mənfi rəy yaradırmış. Sonra isə Nazim Mürsəlov öz mafiya babası saydığı Arif Alışanova bu barədə məlumat verərək öz istəyini həyata kecirirmış. Hətta bu qrupun üzvləri İTV-nin baş direktoru (artıq keçmiş) Cəmil Quliyev haqqında da müxtəlif şaiyələr yayaraq onu gözdən salırmışlar. Cünki bu tapşırığı onlara birbaşa baş direktor vəzifəsinə iddialı olan, təkəbbürü yerə-göyə sığmayan Nazim Mürsəlov verirmiş.

Mənbə iddia edir ki, bu təqiblərə və əsəb müharibəsinə dözməyən Cəmil Quliyev istefa verməyə məcbur olub.
Alışanovun İTV-dəki “şər qrupu” büdcə vəsaitləri hesabına milyonluq mülklərə sahiblənib
Bildirilir ki, Nazim Mürsəlov kecmiş direktor İsmayıl Ömərovun dövründən İTV-də qurulan şəffaf və cevik idarəetməni məhv edərək öz istəyinə uyğun bərbad bir sistem yaradıb: “Telekanalı sanki bir redaksiya səviyyəsinə salmışdı. Hətta avtomobillərə ayrılan yanacağı da sataraq əməkdaşlardan ictimai nəqliyyatdan istifadə etməklə cəkilişlərə getmələrini tələb edirmiş. Amma saxladığı üç katibəsinə xidməti avtomobillər ayırıbmış”.

N. Mürsəlov özünü o qədər güclü və toxunulmaz hiss edib ki, hətta İTV-nin 4 fəhləsini Badamdar qəsəbəsində, kecmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qonşuluqda aldığı bir hektar ərazidə tikdirdiyi üç dəbdəbəli villasında üç il ərzində şirkətdən aldıqları əməkhaqqı hesabına işlədib.

Mənbənin məlumatına görə, İTV-də işlədiyi 5 il ərzində maliyyə bossuna cevrilən Mürsəlov Badamdarda 3, Quba və Qusarda 2 villa, qış parkında oğluna restoran və şəhərin digər ərazilərində 3 müxtəlif obyektlər və bahalı avtomabillər alıb:

“Nazim Mürsəlov İTV-ni yaxşı “taladığına” görə yeni rəhbərlik gələndən sonra AzTV-yə Texnika İstehsalat Birliyinə rəis müavini vəzifəsinə transfer olunub. Əlbəttə ki, mafiya babası Arif Alışanov vasitəsiylə. Mürsəlov AzTV-dəki həmin vəzifəyə gedəndə özü ilə ən yaxın silahdaşı, İTV-dəki qeyri-rəsmi kassiri, sıravi əməkdaşdan Gənclər, Elm və Təhsil Departamentinin direktoru vəzifəsinə "yüksələn" Zaur Mahmudovu da aparıb. O, həm də İTV-dəki “şər qrupu”na rəhbərlik edirdi ".

Mənbə deyir ki, Nazim Mürsəlov İTV-dən gedəndən sonra da orada qalan yaxınları ilə əlaqəni kəsməyib:

"Rejissor Aqşin Nəzərov, aparıcı Orxan Cabbarlı və Çimnaz Ağakişiyeva adlı əməkdaşlar həftə sonu onunla görüşərək İTV-də gedən proseslər barədə məlumatlar və əməkdaşların səs yazılarını Arif Alışanova təqdim edirmiş. Əməkdaşların səs yazısını Aqşin Nəzərov özündə olan xüsusi cihazlarla yazırmış. Bu 3 əməkdaş hətta kecmiş baş direktor Cəmil Quliyevi öz xidməti otağında təhqir etməkdən belə cəkinməyiblər: "Yuxarı dairələrdə adamlarımız var, bizə hec kim, hec nə edə bilməz",- deyib C. Quliyevə bağırmağa da özlərində cəsarət tapırmışlar...(Mövzunu diqqətə saxlayacağıq)

Oxşar xəbərlər