Cabbarovlar 6 aylıq Əntiqədən qalan paltarlarla təsəlli tapır. Yanvarın 13-də Sabirabadın Suqovuşan kəndində körpənin soyuqdan donaraq öldüyü deyilir
“Suyun içində yaşayırıq, divarlarımız su verir. Uşağın beşiyinin arxası sudur. Burada uşaq isinər?”, - Əntiqə Cabbarova sual edir.
Az qala 2 ildir borca görə ailəyə təbii qazın verilişi dayanıb. Əntiqə Cabbarova deyir ki, “Azəriqaz”ın əməkdaşları qaz borusunu da kəsiblər.
“Xahiş elədim ki, mənim qazımı açın. Dedi ki, gəl pu köçür, sonra açılsın. Dedim bu dəqiqə imkanım yoxdur, xəstəm ağırdır, Bakıya aparmalıyam. 230 manata görə mənim qazımı açmadılar. Mənim uşağım da 230 manatın qurbanı oldu. Soyuqdan gömgöy göyərirdi. İynə vururduq ki, uşağın temperaturu yuxarı qalxsın, yenə də temperatur qalxmırdı”, - Əntiqə Cabbarova deyir.
Nənəsinin adını daşıyan, 6 aylıq Əntiqə möhkəm soyuqdəymədən xəstəlik də tapıb. Sabirabad Mərkəzi Xəstəxananın həkimləri onun Bakıdakı xəstəxanaya aparmasını tövsiyə ediblər. Ailəninsə buna maddi gücü yetməyib.
“Ailənin heç bir yerdən gəliri yoxdur. Bir dənə gəlirim satdığım göyərtidir. 100 dəstə göyərti götürərəmsə, ondan 2 manat mənə pul qalar. 2, 3, 5 manatla ev dolanmaz, xəstə sağaltmaq olmaz, qaz yandırmaq olmaz. 7 nəfərlik ailəyik. 7 nəfər gündə 5-6 manat gəlirlə neyləsin? Oğlum da işləmir. Harada işləsin? Getdi Bakıda 15 gün fəhlə işlədi, 10 manatla qayıtdı. Onu da uşağın kəfəninə verib, basdırdıq. Günüm budur”, - Əntiqə Cabbarova söyləyir.
Nənə Əntiqə sobanı da, elə bu odunları da, hadisəni eşidib gələn qonşuların gətirdiklərini söyləyir.
“Kimin uşağına baxıblar indiyə kimi? Kimə yardım ediblər? Kimi sevindirib, 10 kiloqram un gətirib veriblər? Düzünü danışaq də, nə olacaq ki? Məni öldürməyəcəklər, nə də asmayacaqlar”.
Qaz balonunu hər dəfə doldurmaq da ailəyə yükdür deyən Əntiqə Cabbarovanın qızı Günel Cabbarova imkansızlıqdan gileylənir və rayonda iş yerlərinin olmadığından danışır.
Sübh tezdən namazı qılıb bazara göyərti dalınca gedən, bir də hava qaralanda qazandığı 3-4 manatla geri dönən 52 yaşlı Əntiqə Cabbarova ailənin tək gəlir mənbəyidir. Amma bu qazancı körpəsini yaşatmağa yetməyib. “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri hadisəni araşdıracaqlarını söylədi.(anaxeber.info)