Lənkəranda vətəndaşlardan qaz istifadəsi üçün artıq vəsait çıxılır.
Bu barədə Ölkə.Az-a Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 112-nin sakini Məmmədli İlhamə Məmmədəli qızı məlumat verib. Onun sözlərinə görə, ödədikləri məbləği qaz idarəsindən geri ala bilmirlər:
"2017-ci ilin dekabrın 26-da qərar çıxıb ki, qaz 10 qəpikdən hesablanacaq. Amma srağagün gələn qəbzdə yenə qaz 20 qəpikdən hesablanıb. Əvvəlcə mərkəzi poçta müraciət etdik. Bildirdilər ki, bizlik deyil, qaz idarəsi baxır. Qaz idarəsindən isə deyirlər ki, gedin pulunuzu poçtdan alın. Səbəbi soruşanda deyirlər ki, pulunuzu hara vermisinizsə, ordan da alın. Qaz idarəsinin rəisi yerində tapılmır. Şikayətçilər idarəyə gələn kimi arxa qapıdan çıxıb qaçır. Bizə qarşı çox kobud cavablar verilirdi. Şəxsən mənim heç bir gəlirim yoxdur. Dövlətdən nə təqaüd almıram, nə sosial yardım, nə də fərdi gəlirim yoxdur. Artıq pulu hardan alıb qaza verim?"
Əməkdaşımız sözügedən məsələylə "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyevlə əlaqə saxlayıb. Qurum sözçüsü bildirib ki, vətəndaşlara limit günlük, aylıq deyil, illik verilir:
"Ötən il olduğu kimi bu il də bildirişlərin verilməsi, sayğacın üzərindən göstəricilərin götürülməsi istirahət və bayram günlərinə təsadüf etdiyindən, yanvar ayının ilk iş həftəsində yekunlaşdırılıb. Hansı abonentin sayğacının göstəricisiylə bildirişlər uyğun gəlmirsə, yaşadığı rayon üzrə yerli qaz istismar idarəsinin satış şöbəsinə, yaxud regional qaz istismar idarələrinə yaxınlaşa bilərlər. Həmin idarənin şikayətlərin araşdırılması şöbəsi tərəfindən müraciət daxil olduqda, şəffaf şəkildə araşdırılaraq, abonentə ətraflı məlumat verilir. Dediyim kimi, limit illik verilir. Smart tipli qaz sayğaclarında yanvarın 1-dən bazada proqram təminatında yenilənmə işləri aparılıb, illik 1700 kubmetr limitin verilməsini həyata keçirilib. Mexaniki qaz sayğaclarında isə dekabrın sonu, yanvarın ilk günləri bayram və istirahət günlərinə düşdüyü üçün, yanvarın ilk həftəsi proses yekunlaşdırılıb".