Qara dənizdə gəminin batması nəticəsində ölən Azərbaycan vətəndaşlarından biri Neftçala rayon sakinidir.
Türkiyənin Samsun şəhəri sahillərində “Volgabalt 214” gəmisində baş verən qəza zamanı dünyasını dəyişən azərbaycanlı dənizçilərdən birinin Neftçaladan olduğu məlum olub.
Belə ki, meyiti sudan çıxarılan Neftçala rayonunun Bankə qəsəbəsi Taleh Xantəmirov küçəsi ev 13-də yaşayan 1978-ci il təvəllüdlü İbrahimov Məmmədəli Surxay oğludur. Yaxınlarının verdiyi məlumata görə, Dənizçilik Akademiyasını bitirən M. İbrahimov 20 ildən çoxdur dənizçi işləyirmiş. 3 azyaşlı qız uşaq atası olan M.İbrahimov gəmi kapitanını köməkçisi işləyirmiş. Qara dənizdə gəmi batmamışdan bir gün əvvəl mobil telefonla sonuncu dəfə evlə əlaqə saxlayıb.
Mərhumun meyitinin yaxın günlərdə doğulduğu Bankə qəsəbəsinə gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, Qara dənizdə gəminin batması nəticəsində 2 azərbaycanlı ölüb və onlardan biri də M.İbrahimov olub.