“Cənab Prezident hakimiyyətə gələndə verdiyi vədlərdən ən mühümü “Azərbaycanda bir çadır şəhərciyi qalmayacaq” vədi idi. O, verdiyi vədi çoxdan yerinə yetirib. Hazırda Azərbaycanda bir çadır şəhərciyi belə yoxdur. Yeni qəsəbələr tikildi, bütün qaçqın və məcburi köçkünlər məskunlaşdırıldı”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas deyib.
O qeyd edib ki, Ağdam rayonunun işğal olunmamış ərazisində 45 min əhali yaşayırdı, hazırda əhalinin sayı 90 mini keçib:
“Ötən müddət ərzində 14 qəsəbə salındı, camaat öz evinə-eşiyinə, doğma torpağına qayıtdı. O cümlədən digər bölgələrdə qəsəbələr tikilərək qaçqın və məcburi köçkünlər orada məskunlaşdırlıdı. İndiyədək 300 mindən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub”.
A.Abbas qeyd edib ki, çadır şəhərciklərində yaşayanlar məskunlaşdırıldıqdan sonra yataqxanalarda, zirzəmilərdə, pansionatlarda yaşayan insanlar da yeni evlərə köçürülürlər:
“Dekabrın 27-də açılışı olan yaşayış binaları kompleksi 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Özünüz görürsünüz ki, bu, öz-özlüyündə bir şəhərdir. Orada məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Mənzillər tam təmirlidir və hətta mətbəx mebeli ilə də təchiz edilib. Bu mənada sevindirici bir haldır. Möhtərəm prezident verdiyi vədi yerinə yetirmiş oldu”.
A.Abbas digər bir incə nüansa da toxunub. O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin yeni yaşayış binalarında yerləşdirilməsi digər insanların da maraqlarına cavab verir:
“Məsələn, qaçqın və məcburi köçkünlərin bəziləri kimlərinsə evində yaşayırdılar. Bununla həmin insanlar da öz mənzillərinə qayıtmış olurlar. Yataqxanalar tələbələrə qaytarılır. Sosial nöqteyi-nəzərdən baxdıqda, görün, nə qədər problem həllini tapmış olur. Bütövlükdə ölkədə sosial məsələlər həll olunur, əhalinin rifahının yüksəldilməsi yönündə addımlar atılır. Maaş və pensiyalar artırılır, yeni pensiya sistemi yaradılır. İslahatlar gedir və bu islahatlar vətəndaşların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Möhtərəm prezidentimiz nə deyibsə, nə vəd veribsə, onları yerinə yetirir”.
Qeyd edək ki, dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşaa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina var. Kompleksdəki mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır.