Türkiyə Şimali İraqda PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat aparacaq.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu bu il mayın 12-də İraqda keçiriləcək parlament seçkilərindən sonra Türkiyənin İraqla birlikdə belə bir əməliyyatı keçirməyi planlaşdırdığını qeyd edib.
Türkiyə xarici işlər naziri may ayına qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatının başa çatacağını bildirib: "Maya qədər Afrində əməliyyat başa çatmasa belə, Türkiyə ordusunun eyni zamanda həm Afrində, həm də Şimali İraqda əməliyyatlar aparmaq imkanı var".
M. Çavuşoğlu İraq hökumətinin də ölkənin PKK terrorçularından təmizlənməsini istədiyini vurğulayıb.