Bakıda İrandan gətirilən ucuz və eyni zamanda heç bir texnoloji normalara cavab verməyən armaturdan istifadə olunan daha bir neçə tikinti meydançası müəyyən olunub. Əməkdaşlarımızın apardıqları araşdırmalar nəticəsində bəlli olub ki, hazırda Şirin Mirzəyev küçəsində inşa olunan və Ağ şəhərdə bünövrəsi qoyulan çoxmərtəbəli yaşayış binalarının tikintisində İran sexlərində istehsal olunan armaturlardan istifadə edilməkdədir.
İran istehsalı olan armaturların son bir neçə ayda Azərbaycan bazarını doldurması və nəticədə yaranan risklər barədə artıq bir neçə araşdırma aparılıb. Belə ki, ABŞ-ın güclü sanksiyalarının təsiri altında əzilən İran ölkəyə valyuta daxilolmalarını təmin edə bilmək üçün armatur ixracında dempinq siyasəti tətbiq edib.
Nəticədə ucuz İran armaturları sürətlə qonu ölkələrin, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyənin bazarlarına daxil olaraq yerli istehsalçıları çökdürüb. Lakin ucuz İran armaturları təkcə yerli istehsalçıların sıradan çıxarılması və nəticədə iş yerlərinin bağlanması ilə nəticələnmir. Eyni zamanda gələcəkdə kütləvi insan tələfatı ilə müşaiyət olunan bina uçqunlarının da bünövrəsini qoyur.
Məsələ burasındadır ki , İranda köhnəlmiş də olsa texnoloji normaları tətbiq etməklə istehsal həyata keçirən iri metallurgiya müəssisələri ilə yanaşı Azərbaycanda olduğu kimi heç bir texnoloji normalara əməl etməyən, primitiv üsulla armatur istehsal edən çoxsaylı kiçik zavodlar, yaxud sexlər də fəaliyyət göstərir. Hansı ki, belə zavodlardan birinin (“Saba Steel”) istehsal etdiyi və Səudiyyə Ərəbistanına ixrac edilmiş armaturun beton bloka dəyəndə şüşə boru kimi necə sındığını əks etdirən kadrlar internetdə var.
Gürcüstan mütəxəssisləri də bu ölkənin bazarını doldurmuş İran armaturlarının keyfiyyəti, heç bir texnoloji normalara cavab vermədiyi haqda həyacan təbili çalırlar. Azərbaycanda isə tikintidə təhlükəsizlik normalarına əməl edilməsinə nəzarət edən dövlət orqanları İran armaturlarının aşağı keyfiyyətini nəzərə alaraq ondan tikintidə istifadə edilməsinə rəsmən icazə vermir.
Hərçənd virtualaz.org araşdırıb ki, İran armaturlarından istifadə edən tikinti şirkətləri dövlət orqanlarına faktiki olaraq kələk gəlirlər. Onlar sənədləri FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təqdim edəndə ayrı-ayrı vaxtlarda aldıqları yerli armaturun (“Baku Steel Company” tərəfindən istehsal olunmuş) yarlıqlarını toplayıb təqdim edirlər.
Əməkdaşlarımız Bakının tikinti meydançalarında araşdırmaları davam etdirərək müəyyən ediblər ki, Nizami rayonunda, 8-ci kilometr yaşayış massivində (Şirin Mirzəyev küçəsi, 109-111) “Rahatlığın Məkanı” MMC adlı tikinti şirkəti tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binalarında İran armaturlarından istifadə edilir. Bu armaturları şirkət özü İrandan alıb gətirir və tikinti materialı heç bir labarator yoxlamalardan keçməyib.
Eyni zamanda Bakının mərkəzində, “Ağ şəhər” massivində bünövrəsi qoyulan “ANCORA Residence” yaşayış kompleksində də İrandan gətirilmiş armaturlardan istifadə edilməkdədir. Bu kompleksi “Fortis.az” adlı şirkət inşa edir. Kompleksə bir neçə çoxmərtəbəli yaşayış binası daxil olacaq.
Narahatlıq bundan ibarətdir ki, Azərbaycanın yağışdan sonra köbələk kimi artan tikinti baronları inşaatın maya dəyərini maksimum aşağı salmaq və nəticədə daha çox qazanmaq üçün İranda məhz kustar zavodların mallarını alıb gətirirlər. Deməli, müvafiq dövlət strukturları ləngimədən bütün tikinti meydançalarında təftişə başlamalı və istifadə olunan armaturun mənşəyini, standartlara nə dərəcədə cavab verdiyini müəyyən etməlidir.
İnternet mənbələrində xarici mütəxəssislərin kövrək İran armaturlarından istifadə olunmasının hansı təhlükələrə gətirib çıxara biləcəyi haqda çoxsaylı rəylər var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür armaturla tikilən binalar hətta zəlzələnin təsiri olmadan da bir neçə il sonra öz-özünə dağıla bilər.
Azərbaycandan fərqli olaraq Gürcüstanda dövlət orqanları və özəl biznes bir neçə aydır İran armaturlarına qarşı antidempinq siyasətinin tətbiqi və keyfiyyətsiz, hətta təhlükəli inşaat materialının bazara buraxılmamasının yollarını araşdırır. “Business Georgia” saytı yazır ki, biznesmenlər və İqtisadiyyat Nazirliyi ucuz və keyfiyyətsiz İran armaturlarına qarşı antidempinq qanunun qəbulunu müzakirə edirlər. Bu barədə parlamentin sahə iqtisadiyyatı komitəsinin rəhbəri Roman Kakuliya deyib.
Deputat bildirib ki, son vaxtlar İran hökumətinin subsidiyaları sayəsində Gürcüstan bazarına dempinq qiymətləri ilə aqressiv şəkildə İran armaturları daxil olur. Üstəlik ucuz İran armaturu həm də keyfiyyətsizdirsə bu yerli metallurgiya müəssisələrini çökdürməklə yanaşı insan həyatını təhlükədə qoyan ciddi risk deməkdir. Deməli, sərhəddə ciddi nəzarət tətbiq etmək və ölkəyə gətirilən armaturun keyfiyyətini oradaca yoxlamaq lazımdır. Eyni zamanda daxili bazarın qorunması üçün antidempinq siyasəti həyata keçirilməlidir.
Lakin Azərbaycanda bu problem deyəsən nə İqtisadiyyat Nazirliyini, nə parlamentin müvafiq komitələrini və digər aidiyyatı dövlət strukturlarını narahat etmir. Araşdırmalarımız davam edəcək.