Son vaxtlar tez-tez ciddi tənqidi materiallarla çıxış edən Milli Məclisin mətbu orqanı - "Azərbaycan” qəzeti bu dəfə Bakıdakı tikinti özbaçınalığından söz açaraq, üstü örtülü olsa da, şəhər meri Hacıbala Abutalıbov hədəfə alıb
Dövlət qəzeti "Bakıda xaotik tikinti dövrü başa çatdı” başlıqlı yazıda ayrı-ayrı tikinti şirkətlərini tənqid edir, paytaxtda tikinti sahəsində biabırçı mənzərənin olduğu bildirilir:
"Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların ərazisində yaşayış binalarının inşası ilə bağlı kifayət qədər fakt göstərmək olar. Bəzən isə binalar yaşayış məhəllələrində məsafə gözlənilmədən tikilib.
Təbii ki, bu da həmin məhəllədə darısqallığa səbəb olmaqla orada yaşayan sakinlərin rahatlığını pozub. Həm də hər dəfə bu binalar tikiləndə məhəllədə olan ağaclar kəsilib, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər ləğv edilib”.
Yazıda qeyd olunub ki, tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər:
"Bu zaman da şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir neçə şirkət tərəfindən binalar inşa olunub. Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb.
Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm bir-birinə son dərəcə yaxın inşa edilib, həm də yersiz şəkildə aralı. Həmin aralı binaların arasında qalan birmərtəbəli evlər isə artıq heç kimə lazım deyil.
Çünki onları söküb yerində hündürmərtəbəli binalar inşa etmək mümkün deyil. Beləliklə, bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu həm də ekoloji və sanitar problemlərin yaranmasına səbəb olan amillərdəndir”.
"Azərbaycan” qəzeti yazıb ki, digər bir problem isə tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir: "Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib.
Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır.
Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmirdi. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.
Bir sıra hallarda isə tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların həyatlarını itirmələrinə gətirib çıxaran bədbəxt hadisələrlə nəticələnib”.
Qeyd edək ki, Bakıda binalar yalnız Bakı Şəhər İcra Hakimiyyətinin təsdiqlədiyi layihələr və sərəncamlar əsasında tikilir. (bakupost)