Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycanın Mingəçevir şəhərindəki istilik elektrik stansiyasında baş vermiş qəzaya münasibət bildirib.
"Sputnik" xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana köməyindən danışıb.
"Azərbaycana elektrik enerjisi tədarükünün təmin edilməsində Rusiyanın "İnter RAO" şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan prezidenti İlham Əliyev də ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən köməkliyə görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib", - deyə Mariya Zaxarova qeyd edib.