ABŞ ədliyyə naziri Ceff Seşnsın Donald Tramp tərəfindən vəzifədən çıxarılmasından sonra növbəti qovulacaq nazirin adı bəlli olub.
Bu daxili təhlükəsizlik naziri Kirsten Nilsendir.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu qərara nazirin Meksika ilə sərhədi tamamilə hasarlamağın mümkün olmadığı barədə sözlərindən sonra gəlib.
Ağ Evin sahibi bu həftə Cənubi Texasla Meksikanın sərhədində yerləşən ABŞ ordusunun düşərgəsinə birgə səfərini ləğv edib. Trampın öz köməkçilərinə Kirsten Nilsenin tezliklə administrasiyanı tərk etməli olduğunu söylədiyi bildirlir.
“The Washington Post” qəzetinin yazdığına əsasən D.Tramp Kirsten Nilsenin immiqrasya probleminə yanaşma tərzindən və qərarsızlığından olduqca qəzəblidir. ABŞ dövlət başçısının firkincə, yeni nazir bu məsələdə onun ideyalarını qəti şəkildə həyata keçərəcək adam olmalıdır.
Qəzetin informasiyasına əsasən Ağ Ev aparatının rəhbəri Con Kelli hələ ki, Kirsten Nilsenin qovulmasına əngəl olur. Qeyd edəki, xanım Nilsen nazir postunda məhz Con Kellini əvəzləyib.
Elə nazirin özü də ətrafındakılara situasiyadan narazılğını açıq şəkildə ifadə edib. Onun köməkçiləri “The Washington Post”a Trampın immiqrasiya siyasətinin nüanslarından anlamamasından şikayət ediblər.
Mətbuatın yazıdğına görə, bu, təhlükəsizlik naziri ilə bağlı çıxan ilk istefa xəbəri deyil. Bu ilin may ayında Donald Trampın kabinetin iclasında, hər kəsin önündə onu tənbeh edib. Tramp ölkəyə gələn qeyri-leqal miqrantların sayının azalmadığına görə nazirnin üstünə bərk əsəbiləşib. Nilsenin həmn vaxt istefa ərizəsini administrasiyada güclə saxlayıblar.
Kirsten Nilsen özü kibertəhlükəszilik sahəsində ixtisaslaşan mütəxəssis sayılır. O, kiçik Corc Buşun dövründə prezidentin fövqaladə hallarla bağlı müşaviri olub.
Kelli ilə bağlı həmin dövrdə olduqca məşum hadisə daha çox xatırlanır. Belə ki, “The Washington Post” qəzetinin yazdığına görə, 2005-ci ilin avqustunda Nilsen Luiziana ştatında “Katrina” qasırğasının fəlakətli nəticələrinin ola biləcəyi barədə xəbər alıbmış. Lakin onun rəhbərlik etdiyi idarənin məsələyə gec reaksiya verməsi səbəbindən Yeni Orlean şəhərinin 80%-i su altında qalıb, nəticədə 2000-ə yaxın insan həlak olub.