Ronaldonun “zorladığı” qadınların sayı artdı

Ronaldonun “zorladığı” qadınların sayı artdı Daha iki qadın “Yuventus”un hücumçusu Kriştiano Ronaldo tərəfindən zorlandığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə The Sun nəşri amerikalı Ketrin Mayorqanın vəkili Lesli Stovalla istinadən məlumat yayıb.

Bildirilir ki, qadınlardan biri Ronaldonun ona xəsarət yetirdiyini, digəri isə baş verənləri açıqlamamaq üçün futbolçu ilə razılaşma əldə etdiyini deyib.

Oktyabrın 7-də vəkil Stovall bildirib ki, ona Ronaldo tərəfindən zorlandığını iddia edən qadın müraciət edib. Onun sözlərinə görə, həmin qadın baş verənlər barədə Las-Veqas polisinə məlumat verəcək.

Minval.info xatırladır ki, Ronaldo haqqında bu cür xəbərlərin yayılmasına görə “Real Madrid”in prezidenti Florentino Peresi ittiham edib.

Bundan əvvəl zorlanma barədə məlumat dərc edən nəşri futboçunun vəkilləri məhkəməyə verəcəyini deyib.

Oxşar xəbərlər