ABŞ-da məhkəmə qarşısında cavab verən Rza Zərraba qarşı yeni cinayət işi açılıb.
"Ölkə.Az" xəbər verir ki, Zərrab 60 yaşlı zənci kamera yoldaşını zorlamaqda ittiham edilir. Məhkəməyə müraciət edən məhkum hadisəni təsdiq edib.
ABŞ qəzetinin xəbərinə əsasən, Zərrab 2016-cı ilin noyabr ayından 2017-ci ilin mart ayına qədər "Metropolitan" həbsxanasında qalıb.
Onunla eyni kamerada qalan məhkum bu dövr ərzində Rza tərəfindən zorlandığını iddia edərək məhkəməyə müraciət edib.
60 yaşlı və Afrika əsilli olan zənci məhkum vəkil tutmaq üçün Zərrabın pul təklif etdiyini də bildirib.
Zərrab şəxsin Afrikadakı ailəsinə pul göndərib və buna aid sənədlər də var.
Təcavüzə məruz qalan məhkum: "Çarəsiz idim və məndən güclü Zərraba müqavimət göstərə bilmədim.
Bundan başqa utanırdım və şikayət etməkdən də qorxdum.
Mart ayında məni yenə zorlamaq istədi, qışqırdım və kömək çağırdım".
Zərrabın vəkili bildirib ki, bu hadisə baş verəndə həbsxana işçiləri istintaq keçiriblər və dəlil tapa bilməyiblər.
Bu səbəbdən cinayət işi bağlanıb. Həbsxana rəhbərliyi isə məsələ ilə bağlı açıqlama verməyib.
Zərrabın vəkili Anello iddiaları əsassız və çirkin iftira adlandırıb.