Binə qəsəbəsində baş verən faciəvi qəza diqqətləri yenidən paytaxtımızda sərnişindaşıma üçün istifadə olunan avtobusların keyfiyyət məsələsinə yönəltdi. Hansı ki, illər boyudur yüz minlərlə, hətta milyonlarla insanın kütləvi surətdə istifadəsinə məcbur olduğu paytaxt avtobuslarının keyfiyyəti, yumşaq desək, sıfıra yaxınlaşır.
Düzdür, son bir neçə il ərzində şəhərdaxili marşrutların bəzilərinə “BakıBus” tərəfindən rahat və keyfiyyətli avtobuslar buraxılıb. Lakin bu, 3 milyon nəfər əhalisi olan bir meqapolis üçün çox kiçik həcmdir. Bakının mərkəzindən kənarda işləyən sərnişin avtobuslarının əksəriyyəti sərnişindən başqa kimi desən daşımağa yarayır...
Hazırda Bakı şəhərində, xüsusilə şəhərətrafı qəsəbələrə işləyən avtobusların böyük əksəriyyəti 2008-2013-cü illərdə keçmiş Nəqliyyat Nazirliyi tərəfindən alınıb gətirilən maşınlardır. Bir qisim avtobuslar isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Transgate Azerbaijan” şirkəti tərəfindən gətirilib.
2008-ci ildə Bakı şəhərinə 200 ədəd “DAEWOO”, 40 ədəd “MAN”, 20 ədəd “MAZ”, həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək paytaxtdaxili xətlərə buraxılıb. Bu proses sonrakı illərdə də davam etdirilib. Nəqliyyat Nazirliyinin o zamankı hesablamalarına görə, həmin illərdə Bakı şəhərində orta və iritutumlu 1000-dən artıq avtobusa ehtiyac olub.
2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb.
2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 “DAEWOO” avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.
Ümumilikdə isə Azərbaycan Nəqliyyat Nazirliyinin xətti ilə 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belarusdan 948 ədəd iri və orta tutumlu avtobuslar alıb. Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərclər daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan “MAN” markalı avtobusların biri Azərbaycan dövlətinə 250 min dollara başa gəlib. İrandan gətirilən və “M-trans” şirkətinə məxsus sarı rəngli “Mercedes” markalı avtobuslar əsasən şəhərlərarası, Koreya istehsallı “DAEWOO”, Almaniyanın “MAN” və Belarusdan alınmış “MAZ”lar isə Bakıda sərnişindaşımaya buraxılıb. Bundan başqa, Türkiyə, Çin, Ukrayna, hətta Özbəkistan və Qırğısıztandan da Bakıya orta tutumlu sərnişin avtobusları gətirilib.
Paytaxtda sayına görə birinci sırada olan “DAEWOO” avtobuslarının qiyməti isə 156 min dollar olub. Bütün avtobuslar dövlət vəsaiti hesabına alınsa da, sonradan həmin nəqliyyat vasitələri kredit yolu ilə özəl nəqliyyat şirkətlərinə satılıb.
Z.Məmmədov nazir olarkən faktiki olaraq, paytaxtda sərnişindaşıma xidməti göstərən şirkətlərin hamısı Nəqliyyat Nazirliyinin patronajlığı ilə yaradılıb. Dövlət büdcəsi hesabına alınan avtobusların böyük əksəriyyəti isə yalnız bir şirkətin - “Transgeyt”in əlində cəmləşib. Dövlətin pulu hesabına ölkəyə gətirilən yüzlərlə avtobusun bir şirkətin əlində cəmləşməsi, az bir hissəsinin isə ağır şərtlərlə ayrı-ayrı sürücülərə verilməsi və onların Nəqliyyat Nazirliyinin çətiri altında işləməyə məcbur edilməsi faktdır. Bu inhisarlaşma Bakıda sərnişindaşımanın keyfiyyət göstəricilərinin ildən-ilə aşağı düşməsi ilə nəticələnib.
Qeyd edək ki, dünyada sərnişindaşıma, xüsusilə şəhərdaxili sərnişindaşımada istifadə edilən avtobuslara çoxsaylı standartlar tətbiq olunur. Məsələn, Rusiyada belə avtobuslar üçün QOST standartları müəyyənləşdirilib. Həmin standarta görə, avtobusun salonunda oturacaqlar mütləq 3 cərgəli - iki oturacaq bir tərəfdə, 1 oturacaq digər tərəfdə olmaqla düzülməlidir. Cərgələr arasındakı keçid 45 sm-dən az olmamalıdır. Bundan əlavə, oturacaqların ölçüsündən tutmuş, onların avtobusun döşəməsindən hündürlük məsafəsinə, hətta üzərindəki yastığın dərinliyinə qədər bütün detalları əhatə edən tələblər var. Burada xüsusilə qeyd etməyə dəyər ki, şəhər ərazilərində istifadə olunan avtobuslar dünyanın heç bir yerində pilləkanlı olmur. Pilləkan yalnız çətin relyefli qeyri-şəhər ərazilərdə xüsusi qrupları(məsələn, hansısa müəssisənin işçilərini) daşımaq üçün nəzərdə tutulan avtobuslarda olur.
Keçmiş Nəqliyyat Nazirliyinin dövlət vəsaiti hesabına alaraq Bakıya gətirdiyi “DAEWOO” avtobuslarında isə hədsiz hündür olan 3 pilləkan var. Şəhərdaxili və şəhərətrafı marşrutlarda üstünlük təşkil edən belə avtobusların pilləkanlarını düşmək sağlam adamlar üçün çətinlik yaradır, nəinki qoca, xəstə və ya uşaqlar üçün. Hələ o avtobuslar yeni gətiriləndə bununla bağlı əhali arasında narazılıqlar yaranmışdı. Hətta belə məlumatlar da yayılmışdı ki, həmin avtobuslar Koreyada dağlıq ərazilərdəki müəssisələrin işçilərini daşımaq üçün xüsusi layihələndirilib. Sadəcə, daha ucuz olduğu üçün Nəqliyyat Nazirliyi həmin avtobuslardan alıb - əlbəttə, büdcədə bu ucuzluq əksini tapmayıb. Çünki 156 min dolların yarısına indinin özündə ən keyfiyyətli sərnişin avtobuslarını almaq mümkündür, ola ki, 2008-2009-cu illərin qlobal maliyyə böhranı dövründə...
Keçmiş Nəqliyyat Nazirliyinin yüz milyonlarla dollar hesabına alıb ölkəyə sırıdığı avtobusların böyük əksəriyyətində heç bir standarta, tələbə uyğunluqdan söhbət gedə bilməz. Üstəlik, həmin avtobusları idarə edən sürücülərin tələblərə uyğunluğuna da nəzarət zəif olduğuna görə demək olar ki, hər ay sərnişin avtobuslarının iştirakı ilə insan tələfatına gətirən qəzalar qeydə alınır.
Bir məsələni də vurğulayaq ki, Azərbaycanda dövlət vəsaiti hesabına avtobus alınması praktikası indi də davam edir. Bu ilin avqustunda prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 milyon 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayırılıb. Ümid edirik ki, bu qurum avtobus alarkən beynəlxalq standartları nəzərə alacaq.
“Yeni Müsavat”