Bakıda Şahmat avtobusları fəaliyyətə başlayıb
Bakı Şahmat Olimpiadasının Əməliyyat komitəsinin mətbuat xidmətindən verilən məlumata görə avtobuslar 1-14 Sentyabr tarixlərində Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar istifadəyə verilib.
Avtobusların içində şahmat masaları quraşdırılıb. Şəhər sakinləri və turistlər müvafiq qrafiklə hərəkət edən avtobuslara minərək şahmat oynaya biləcək, həm də şəhər turunda iştirak edəcəklər.
Avtobusların dayancaqları: “28 May” Metrostansiyası, Cəfər Cabbarlı heykəlinin qarşısı, Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin qarşısı, Qız qalasının Bulvar tərəfdən qarşısı, “Hökümət evi”nin Bulvar tərəfdən qarşısı.
Avtobuslar Olimpiada dövründə fəaliyyətdə olacaq.