Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL

Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi


Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Aşağı Cürəli kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək ötən qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər barədə ətraflı məlumat verdi və bildirdi ki, vətəndaşları narahat edən problemlər həll olunmuşdur.Nümayəndəlik üzrə bir tam orta məktəb, bir əsas məktəb, müasir tələblərə cavab verən həkim ambulatoriyası, klub, poçt, 2 kitabxana fəaliyyət göstərir.
Q.Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Respublikamızın elə bir ərazisi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli və Muğan kəndlərinin əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL
Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL
Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL
Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL
Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL
Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL
Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL




İcra başçısı aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşir

Azərbaycanın ən gözəl guşələrindən biri olan, ölkənin əlverişli fiziki coğrafi şəraitdə yerləşən, Biləsuvarda son illər genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılır. Belə ki, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda, şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb.

Təbii, Biləsuvar rayonunda gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərin ən gözəl məkanlardan birinə çevrilməsi yerli əhali ilə yanaşı, bütün ölkə vətəndaşlarında qürur hissi doğurur. Çünki şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar insana olduqca xoş təəssürat bağışlayır. Onu da nəzərinizə çatdıraq ki, abadlıq işləri çərçivəsində şəhər daxilindəki mağazaların və digər sosial obyektlərin, binaların, fərdi evlərin fasadları və hasarları yenidən qurulub.

Rayonun bütün bina və küçələrində də işıqlandırma sistemi təkmilləşdirilib. Eyni zamanda, rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Belə ki, o, rayonda aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-sahman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Biləsuvarda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Biləsuvar inamla gələcəyə doğru addımlayır.

Son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Biləsuvarın iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Məsələn, təkcə bu ildə Biləsuvar rayonunda bir çox işlər görülüb və ciddi nailiyyətlər əldə olunub. Aydın şəkildə görünür ki, ölkə başçısının Biləsuvara davamlı diqqəti və qayğısı nəticəsində bu il də rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli layihələrin icrası təmin olunub, yeni layihələrin icrasına başlanılıb.

Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da Biləsuvar ölkənin cənub regionunun mərkəzinə çevrilməkdədir. Yazının əvvəlində də vurğuladığımız kimi, rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Ümid edirik ki, Biləsuvar bundan sonra da gözəlləşəcək, daim inkişafda olacaq.



Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏLBiləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏLBiləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏLBiləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏLBiləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür - ÖZƏL

Oxşar xəbərlər