Gənc qızı ölümcül hala saldığı deyilən həkim danışdı, polislə hədələdi – VİDEO

Gənc qızı ölümcül hala saldığı deyilən həkim danışdı, polislə hədələdi – VİDEO Xəbər verdiyimiz kimi, Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.

Minval.info-nun məlumatına görə, abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb.

O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub. Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır. Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı “İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir:

“27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən “İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında “taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”.

“Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir”

Mehriban Mehdiyeva Almaniyaya getməyə hazırlaşdığını deyib: “Mənə əməliyyat zamanı infeksiya salınıb, infeksiya, bakteriya əkilmək üçün verilib, uzun müddətə cavab çıxır. Gözləyə də bilmirik, çünki infeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir. Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin “həkim isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin.

Gənc qızı ölümcül hala saldığı deyilən həkim danışdı, polislə hədələdi – VİDEO


Həmçinin oxu – Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Mən hələ Azərbaycanda olanda demişdim ki, mən sağalmasam, sizdən şikayət edəcəyəm və haqqınızda yazacağam ki, insanlar bilsin. İndi isə mənə və yaxınlarıma hədə-qorxu gəlir ki, heç nə paylaşmayım, susu

Məsələ ilə bağlı Mehriban Mehdiyevada abdominoplastika əməliyyatını edən cərrah Elvin Əliyev bu xəbəri yayan şəxsləri hədələyib: “Bu əməliyyat ən ağır 5 əməliyyatdan biridir. Abdominoplastika əməliyyatından sonra belə nekrozlaşmaların olmasını mümkündür. Bunu xəstənin özünə də öncədən demişdik. Bu, ölümcül hal deyil. Yaranın sağalması 3-4 ay çəkə bilir. Kim nə paylaşır, paylaşsın. Biz Nərimanov rayon polis idarəsinə və məhkəməsinə müraciət etmişik. Bütün paylaşımlar onlar tərəfindən dəyərləndiriləcək. Bizi tanıyan-tanıyır, işimiz də bəllidir”.


Oxşar xəbərlər