Tramp Makkeynin dəfninə buraxılmayacaq — Senator özü belə istəyib

Tramp Makkeynin dəfninə buraxılmayacaq — Senator özü belə istəyib ABŞ prezidenti Donald Tramp bu gün beyin xərçəngindən vəfat edən senator Con Makkeynin dəfninə buraxılmayacaq.
Xarici KİV-ə istinadən xəbər verir ki, senatorun ailəsi prezidenti dəfnə dəvət etməyəcəyini açıqlayıb.

Məlumata görə, Makkeyn özü belə istəyib və dəfnini 1 il əvvəldən planlaşdırıb.
Tramp isə Mekkeynin ölümü ilə bağlı başsağlığı verib.
Sabiq prezidentlər Barak Obama və Corc Buş dəfnə dəvət edilib.

Onlar vida nitqi ilə çıxış edəcəklər.

Oxşar xəbərlər