Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Xəzər dənizində dövlətlərin qarşılıqlı münasibətlərinə aid bütün məsələlərdə razılıq əldə edilib.
Nazarbayevin açıqlamasına əsasən, sabah tarixi qərar veriləcək.
“Son iyirmi ildə biz danışıqlar apardıq. Bütün məsələləri həll etmək üçün mövqelərimizə əsaslandıq. Xəzər dənizində gəmiçilik, təbii ehtiyatlar, dənizin bioloji resurslarının qorunması, ticarət və dövlətlərin əməkdaşlığı məsələlərini müzakirə etdik. Düşünürəm ki, bütün məsələlərdə razılıq əldə edilib və sabah tarixi qərar qəbul edilməsini gözləyirik. Bu, hər birimiz üçün çox vacib andır”, - deyə Qazaxıstan prezidenti deyib.
Qeyd edək ki, sabah Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Aktau şəhərində görüşəcəklər. Burada Xəzər dənizinin statusunun müəyyənləşdirilməsinə dair uzun illər aparılan danışıqların nəticəsi müzakirə ediləcək.