Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz akiyaya müdaxilə edən zaman şəhid olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov barədə bəzi faktlar ortaya çıxıb.
Hər iki polis xidmətlərində fərqləndiklərinə görə müxtəlif illərdə “İgidliyə görə” medalı ilə təltif ediliblərmiş.
Belə ki, Balakişiyev İlqar Məmməd oğlu 2002-ci ilin iyun ayının 30-da Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdu. O, həmin dövrdə Gəncə şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə çalışıb.
Fotoda – İlqar Balakişiyev
Abbasov Səməd Yunis oğlu isə 1 iyul 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən həmin medala layiq görülüb. S.Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, İmamzadə ziyarətgahının mütəvəllisi Tahir Abbasovun qardaşıdır.(“Qafqazinfo”)