Miq.Az-ın redaksiyasına Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 37, 37 A və 39 saylı binanın sakinləri "Azəriqaz"la bağlı şikayət məktubu göndəriblər. Miq.az olaraq qeyd edirik ki, redaksiyamıza bu ünvandan artıq üçüncü dəfədir ki, şikayət məktubları daxil olur. Amma sakinlərlə apardığımız söhbətdən aydın olur ki, saytda yazı gedəndən sonra "Azəriqaz"ın işçiləri gəlib problemi yoluna qoyurlar. Amma bir günlük. Bu ünvanda yerləşən bina sakinləri deyir ki, "Azəriqaz"ın işçiləri bizə sənədlərə qol da çəkdirilər ki, bəs həqiqətən də şikayətə baxıldı və sakinlər qazdan səmərəli istifadə edə bilər. İki gün sonra yenə həmin vəziyyət, yenə də qaza həmin həsrət...
Şikayət məktubunda deyilir ki, adıçəkilən ünvanda mavi yanacaq sadəcə görüntü xatirinə verilir. Məhəmməd adlı sakin deyir ki, uşaqlarımızı məktəbə göndərəndə bir stəkan çay belə hazırlamaq mümkün deyil. Səbəb də çox sadədir...Mavi yanacaq o qədər zəif, o qədər aşağı təzyiqlə verilir ki, qaz cihazlarından istifadə edə bilmirik.
Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 37, 37 A və 39 saylı binanın sakinləri bir gün normal mavi yanacaq işlədə biliblər. O da cənab prezident İlham Əliyevin bu ərazidə yerləşən 247 saylı məktəbin açılışına gəldiyi zaman. Həm də bir günlük...
Miq.az-ın redaksiyasına şikayət edən sakinlərdən biri, pensiya yaşında olan Xavər xala deyir ki, biz sakinlər bundan sonra sentyabrın 15-ni QAZ BAYRAMI kimi qeyd etməyə hazırlaşırıq. Çünki biz yalnız onda "Azəriqaz"ın istiliyini görmüşük. O da cənab prezidentin gəlişinin şərəfinə.
Sakinlər deyir ki, biz neyləməliyik? Kimə şikayət ünvanlamalıyıq? Kimə şikayət ediriksə, qulaqardına vururlar. Bu ərazidə xüsusi yerlər var ki, ora pulunu alıb qazın təzyiqini normadan artıq da vururlar... Amma bizim binalarda və bu ərazidə yerləşən sənaye obyektlərində qazın təzyiqi "ölü" normada verilir.
Ərazidə yerləşən başqa bir obyektin sahibi, iş adamı İlqar Əhmədov da verilən qazın təzyiqindən gileylənir. İş adamının dediyinə görə, Nəsimi rayonunda yerləşən Qaz idarəsinin əməkdaşlarına, qaynar xəttə və qəza xidmətinə nə qədər müraciət etsə də, nəticəsi olmayıb. Əvəzində ona bürokratik əngəllər yaradaraq, get-gələ salıblar. Qəza xidməti qaz təzyiqinin artırılması üçün sakinlərdən pul istəyib. Bunu bizimlə söhbətində sakinlərdən Səmayə adlı birisi deyir.
Sakinlər redaksiyamıza bildirilər ki, biz vətəndaşlar ölkə başçısı cənab İlham Əliyevə müraciət edirik ki, şikayətimizə baxsınlar. Övladlarımızı məktəbə ac-susuz yola salmayaq. Vəziyyət o həddədir ki, həftədə bir dəfə olsun hamamlana da bilmirik. Görəsən, bunun axırı necə olacaq?
Hətta bayramlarda belə mavi yanacaq üzünə həsrət qalan sakinlər onu da bildirdilər ki, rayon qaz idarələrinin ləğvini başa düşürük, amma qazın kəsilməsini və məhdudiyyətlərlə verilməsini isə başa düşə bilmirik... Görəsən "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevin həqiqətən də Nəsimi rayonunda nüfuzu yoxdur? Niyə onun işçiləri burda yaşayan vətəndaşları dövlətdən incik salır? Biz ölkə prezidenti cənab İlham Əliyevə müraciət edirik ki, bu kimi halların qarşısını almaq üçün tapşırıqlar versin.