Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanaraq sağ ayağını itirsə də, bununla fəxr edir. Ancaq o, uzun illərdir ailəsi ilə birgə qamışdan düzəldilmiş tövlədə yaşamağa məcbur edilməsindən narazıdır:
“Qarabağ əlillərinin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsi vəsaiti hesabına mənzillərlə, avtomobillə, sosial müavinətlə təmin edilirlər. Bütün bunlara baxmayaraq, bizim ailə acınacaqlı şəraitdə yaşayırıq ki, bu mənzərəni gözləri ilə görən hər bir azərbaycanlı dəhşətə gələr. Bəlkə də Azərbaycan Respublikasında ikinci belə şəraitsiz və təklükəli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır. Mənim ailəmin yaşadığı yerə ev yox, daha doğrusu, qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur.
Baxmayaraq ki, 2009-cu il tarixdən ev növbəsindəyik, ancaq mənim mənzil növbəmin yerini qanunsuz olaraq, rüşvət alıb, dəyişdirib geri yazıblar. Mənim növbəmin yerini başqa şəxsə pul alıb yazıb, ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə, bu gün mənim ailəm çıxılmaz, acınacaqlı bir vəziyyətdə yaşayır.
Qarabağ əlliləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına mənzil tikilməsi proqramı Respublikamızda həyata keçirilir. Həmçinin yeni proqrama əsasən, şəhid ailələri və Qarabağ əlilləri üçün mənzillərin onların yaşadığları ərazidə tikilməsi nəzərdə tutulur ki, bu təqdirəlayiq haldır. Buna görə də, istəyirik ki, bizim ailəyədə rayonun mərkəzindən 22 km aralıda yerləşən hazırda yaşadığımız Qaracallı kəndində mənzil tikilib verilsin. İki azyaşlı məktəbli uşaqlarım rahat yaşasın, rahat şəkildə dərslərini oxuyub, cəmiyyətimizə layiqli vətəndaş olsunlar.
Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa, dəhşətə gələcək. Mənim ev növbəmin yerini dəyişdirib, satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevdən xahiş edirəm, ev növbəmin yerini dəyişdirib, geriyə yazan vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırı verəsiniz və darısqal, acınacaqlı şəraitdə yaşayan ailəmizə öz kəndimizdə dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edilib, istifadəmizə verilməsinə köməklik göstərəsiniz.
Nazir cənab Sahil Babayevdən çox-çox xahiş edirəm, Ucar rayonunun Qaracallı kəndinə mənim daxmama qonaq gəlib, yazdıqlarımı gözü ilə görsün”.
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.