Türkiyədə 15 iyul 2016-cı ildə baş verən hərbi çevriliş cəhdindən sonra məşhurlaşan bir qadının saxtakar olduğu məlum olub.
Minval.info məlumat verir ki, Şərifə Boz 15 iyul gecəsi məhəlləsindəki gəncləri bir yük maşınına toplayıb çevrilişə qarşı müqavimət göstərmək üçün Taksim meydanına gətirdiyini iddia edib.
Həmçinin yük maşının sükanı arxasında çəkilmiş şəkli onun əsl qəhrəmana çevrilməsində böyük rol oynayıb. Türkiyənin Baş naziri Binəli Yıldırım da Şərifə Bozu qəbul etmişdi. O, bundan sonra bir çox rəsmi dəvətlərdə iştirak edib, özünə qarşı xüsusi hörmət gözləyib və həmin gecə çəkilən şəkli əlində bayraq edib. 24 iyunda keçiriləcək seçkilərdə Ədalət və İnkişaf partiyasından deputatlığa namizəd olmaq istəyən Boz özünü “15 iyul qəhrəmanı” kimi təqdim edib.
Elə hər şeyin üstü də bundan sonra açılıb. Hərbi çevriliş cəhdinin qarşısını almağa çalışarkən şəhid olanların qohumları Şərifə Boza etiraz edib, onu saxtakar adlandıraraq, məhkəməyə verəcəklərini bildiriblər. Bozun şəhid yaxınlarının sözlərinə cavabı belə olub: “Mən Ərdoğan sevgim, vətən və azad bir Türkiyə eşqimlə küçəyə çıxmışdım. Şəhid ailələri etdiklərimi, etdiklərimlə bir simvola çevrilməyimi qısqanırlar”.
Tərəflər bir-birlərinə qarşı iddialar irəli sürüb, sosial şəbəkələrdən kampaniyalar başlatdığı bir zamanda, həmin şəkli çəkən fotomüxbir gerçəkləri üzə çıxaran açıqlamanı edib.
“Anadolu” agentliyində çalışan müxbir Saliha Sultan bu şəkli 15 iyulda çəkmədiyini bildirib: “Çəkinərək deyirəm ki, mən o şəkli 15 iyulda deyil, 16 iyulda çəkmişəm. Şəkil çox məşhurlaşdıqdan sonra xalqın iradəsinə kölgə salmamaq üçün heç kimə bundan bəhs etmədim.
Ancaq həmin qadın hər yerdə özünü reklam edirmiş, hətta özünə xüsusi maşın da istəyirmiş. Buna görə də, o şəklin 15 iyul qəhrəmanlığı ilə bir əlaqəsi olmadığını bildirirəm”.