Ərdoğan əsəbiləşib iclası tərk etdi - VIDEO

Ərdoğan əsəbiləşib iclası tərk etdi - VIDEO Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 98-ci ili münasibətilə parlamentdə xüsusi iclas keçirilib.

Qafqazinfo.az xəbər verir ki, iclasın gedişatında Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları arasında mübahisə düşüb.


CHP-nin üzvü Özgür Özəlin 15 iyul hərbi çevrilişə cəhd hadisələri barədə ittihamları AKP-liləri özündən çıxarıb. Söz alan Baş nazir Binəli Yıldırım sərt reaksiya verdikdən sonra gərginlik pik nöqtəyə çatıb.

İclası Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə birlikdə izləyən prezident Rəcəb Tayyib Ərdoğan isə baş verənlərə etiraz olaraq iclası tərk edib. O, iclasdakı ümumi mənzərəni "Rəzalət” adlandırıb.


Oxşar xəbərlər