Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir

Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər.

-Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.


-İqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir.


-"Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Rayon Maliyyə Şöbəsinin müdiri Nizami Həsənov olaraq sakinləri, həmkarlarımızı bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik"


Rayon İcra Hakimiyyətinin başçısı «Şöhrət» ordenli ziyalı, hörmətli Şəmsəddin Xanbabayevin rəhbərliyi altında Xaçmazda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, elektrik enerjisi, qaz, istilik, su təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti Regionun İnkişafı üzrə Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi üçün görülən işləri düzgün istiqamətləndirmək vəzifəsinin öhdəsindən gəlmişdir. Rayon İcra Hakimiyyətinin başçıs, Şəmsəddin Xanbabayevin səriştəli rəhbərliyi altında xaçmazlılar uğurlarının sırasını artırırlar.

Ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, qeyri-neft sektorunun, sənaye və sahibkarlığın inkişafı, o cümlədən Xaçmaz rayonunun potensial imkanlarından səmərəli istifadə olunması bunun üçün böyük imkanlar yarandığını nəzərinizə çatdıraq. Dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial-iqtisadi inkişaf davam edir, nəzərdə tutulan layihələr icra olunur. Prezidentin sərəncamı ilə maaşlar, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilib.

Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir. Rayonumuzun dəniz sahili zonasında müasir turizm infrastrukturunun yaradılması üçün dövlət səviyyəsində, xarici şirkətlərin iştirakı ilə artıq yeni layihələrin hazırlanmasına başlanmışdır. Bu layihələrin yaxın dövrdə gerçəkləşməsi bölgəmizin iqtisadi və mədəni həyatında böyük bir yüksəlişə səbəb olacaqdır.

Dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Nizami müəllimin rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Rayon Maliyyə Şöbəsinin müdiri Nizami Həsənov dövlətin maliyyə siyasətinin Xaçmazda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.


Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir
Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir
Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir
Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir
Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir
Nizami Həsənov: Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir

Oxşar xəbərlər