Putin Ərdoğanı aldadıb? — YPG terror təşkilatından ŞOK AÇIQLAMA

Putin Ərdoğanı aldadıb? — YPG terror təşkilatından ŞOK AÇIQLAMA Suriyada bitmək bilməyən müharibədə danışıqlar masasının hazırlığı zamanı da qalmaqal yaranıb.

Ölkə.Az xəbər verir ki, qalmaqala PKK terror təşkilatının bir qolu olan YPG terror təşkilatı səbəb olub. YPG-nin təmsilçisi olan Sipan Hemo bəyanat verib ki, yanvar ayında Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı keçiriləcək danışıqlar masasında onlar da təmsil olunacaqlar. Terrorçunun sözlərinə görə, bu barədə Rusiya hökuməti YPG təşkilatının nümayəndələrilə razılığa gəlib.

"Rusiya hökuməti bizim də danışıqlarda iştirak etməyimizə razılıq verib. Bununla da, YPG təşkilatının nümayəndələri də Suriya sülh danışıqlarında iştirak edəcək”. – deyə Sipan Hemo bildirib.

Qeyd edək ki, 2018-ci il yanvar ayının 20-21-də Soçidə Suriyada sülh danışıqları barədə görüş təşkil olunacaq. Görüşdə Suriya hökumətinin nümayəndələri, Rusiya, İran və Türkiyə iştirak edəcək. Görüşdə YPG terror təşkilatının nümayəndələrinin də iştirakı barədə məsələ qalxsa da, Türkiyə hökuməti buna kəskin etiraz etmişdi. Rusiya hökuməti də, görüşlərdə terrorçuların iştirak etməyəcəkləri barədə söz vermişdi.

Oxşar xəbərlər