Kabus Dadaşov: Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub

Kabus Dadaşov: Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur.

Kabus Dadaşov: Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub










Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2016-cı ildə də böyük işlər həyata keçirilib.

Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır.

Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov deyir ki, bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, istər maddi texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr. Rəhbərlik etdiyi müəssisə barəsində danışan Kabus doktor deyir ki, əvvəllər burada xəstələrə, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi.

Neyro-Cərrahiyə Xəstəxanasında olarkən həkimlərin xəstələrlə olan isti münasibəti, Xəstəxanada hər cür tibbi avadanlıqların olması bu müəssisə barəsində xoş təəssurat yaradır. Həkimlər deyir ki, Kabus Dadaşov Xəstəxanaya baş həkim təyin edildikdən sonra burada təmir işləri aparılıb, əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün Xəstəxanada hər cür şərait yaradılıb. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olunub. Sağlam mühit yaradılıb. Müəssisəyə müraciət edən xəstələr burda xoş təəsuratla ayrılırlar.


Bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin qurduğu dövləti daha da möhkəmləndirir, inkişaf etdirir. Biz fəxr edirik ki, böyük öndərin ideyalarını həyata keçirməyi qarşısına əsas məqsəd qoymuş hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin əməllərinin təntənəsini görür. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacağıq, onu həyat davam etdikcə yaşadacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşovdur.

Kabus Dadaşov: Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub






Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Kabus Dadaşovu heç vaxt əqidəsindən döndərə bilməz.

Kabus Dadaşov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Kabus Dadaşov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Kabus Dadaşov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Kabus Dadaşovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Kabus Dadaşov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!


Kabus Dadaşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Kabus Dadaşov: Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub

Oxşar xəbərlər