Yetmiş ildən artıq bir müddətdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması birbaşa inzibatçılıqla həyata keçirilmişdir, iqtisadi tənzimləyicilər isə əslində olmamışdır. Səhiyyə sisteminin maliyyələşdirilməsi kəmiyyət göstəricilərinə, ilk növbədə çarpayı fonduna, tibb işçiləri və əczaçıların sayına, digər subyektiv göstəricilərə əsaslanırdı.
Tibb müəssisələri, xüsusən də müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələr vahid ümumittifaq normativlərinə əsaslanır, respublikanın, onun bölgələrinin, hər bir inzibati ərazinin spesifik xüsusiyyətləri, onların faktik infrastrukturu, endemikliyi, ölkə patologiyasının olması, ətraf mühitin, sanitariya abadlığının vəziyyəti və s. nəzərə alınmırdı.
İdarəetmənin inzibati metodlarının amirliyi və keyfiyyət göstəriciləri əsasında dövlət maliyyələşdirməsi sahənin ekstensiv inkişafına gətirib çıxarmışdı.
Səhiyyəyə ayrılan cüzi miqdarda vəsait yeni obyektlərin tikilib istifadəyə verilməsinə, resurs təminatı, yeni texnika və texnologiya ilə təchiz edilmə, kadrların ixtisasının artırılması əvəzinə, hazırlanan tibb kadrları sayının artırılmasına yönəldilirdi.
Bəyan etdiyi humanist prinsiplərə baxmayaraq, əslində, sistem insana subyekt kimi deyil, həkimi və ya tibb müəssisəsini sərbəst surətdə seçmək, göstərilən tibbi yardımın keyfiyyətli olmasını tələb etmək hüququndan məhrum olan, səhiyyənin bir obyekti kimi baxırdı.
Tamamilə aşkar idi ki, bəyan edilmiş humanist dəyərlər və məqsədlər öz qanunlarına tabe olan iqtisadi vasitələrdən təcrid edilmiş şəkildə mövcud ola bilməzdi.
Son nəticədə səhiyyənin resurslarından son dərəcə səmərəsiz istifadə olunur, tibb işçilərinin öz vəzifələrinə qeyri-peşəkar münasibəti kütləvi xarakter daşıyırdı, göstərilən tibbi yardım mədəniyyətindən isə danışmağa dəyməzdi.
Sovet İttifaqının dağılması və onun subyektləri arasında iqtisadi əlaqələrin qırılması, dövlətin ictimai-siyasi sisteminin dəyişməsi ölkənin iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə və əlbəttə ki, səhiyyə sistemində köklü islahatlar aparılmasını tələb edirdi.
Hərbi əməliyyatların, Azərbaycan ərazisinin 20 faizə qədərinin işğal edilməsinin, 1 milyonadək qaçqın və məcburi köçkünün olmasının, əhalinin miqrasiyası və nizamsız yerdəyişməsinin dərinləşdirdiyi siyasi, iqtisadi və sosial böhran fonunda respublikanın səhiyyəsi öz resurslarının görünməmiş böhranı ilə qarşılaşmış, səhiyyə sistemi isə əhalinin tibbi-sanitariya yardımına olan minimum ehtiyacını hətta belə ödəmək iqtidarında deyildi.
1991-1993-cü illərdə əhalinin sağlamlığının qorunmasına ayrılan vəsait, inflyasiya nəzərə alınmaqla on dəfələrlə azalmışdı. İmmunoprofilaktika sahəsində iş əslində dayandırılmış, infeksion xəstəliklərin qalıq ocaqları kəskin şəkildə fəallaşmış, epidemiyalar başlanmış, əhaliyə hamılıqla və pulsuz tibbi yardım göstərilməsi sistemi tədricən dağılmışdı (şəkil 1).
Böhran nəticəsində demoqrafik göstəricilərin pisləşməsi meyli nəzərə çarpırdı.
1991-ci ildən başlayaraq və 1996-cı ilədək doğum (orta illik sürət 12000 olmaqla) durmadan azalırdı, sonuncu 1998-ci ildə isə bu proses daha da dərinləşmiş, ilkin məlumatlara görə doğumun mütləq sayı 123966 olmuşdur.
Səhiyyə sistemində islahatların zəruriliyini tələb edən amillərə görə ölüm halları 6,4-6,2 səviyyəsində sabitləşmişdi. 1998-ci ildə əhalinin hər 1000 nəfərinə görə ölüm halları 5,9 olmuşdur.
Əgər 70-80-ci illərdə əhalinin təbii artımı sabit şəkildə 20-23 səviyyəsində qalırdısa, son illərdə bu göstərici dinamik surətdə azalaraq 1998-ci ildə 9,8-ə enmişdir.
Sosial baxımdan təhlükəli xəstəliklərin xeyli artması xüsusilə qorxu törədirdi. Profilaktika işinə diqqətin kəskin şəkildə zəifləməsi, müalicə və epidemiyaya qarşı sanitariya tədbirlərinin görülməməsi polimielit, difteriya, malyariyanın epidemiyasına səbəb olmuş, quduzluq, brusselyoz, Sibir yarası, vərəm və digər infeksion xəstəliklərə tutulma halları isə artmışdı.
Belə şəraitin bundan sonra da davam etməsi Azərbaycan əhalisini və millətin sağlamlığının nəticələri bəlli olmayan, son dərəcə müdafiəsiz vəziyyətə sala bilərdi. Səhiyyə sisteminin özü də büsbütün dağılmaq və iflasa uğramaq təhlükəsi qarşısında idi. Maddi-texniki təminatdan əlavə, idarəetmə sisteminin çox vacib elementi olan strateji və cari planlaşdırmanı və əhatə edən əvvəlki formasiyanın bəzi müsbət xarakteristikaları da itirilmişdi.
Yaranmış vəziyyəti ətraflı öyrənmək, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin imkanları və öhdəliklərini uyğunlaşdırmaq, yeni şəraitə müvafiq olaraq planlaşdırmaya münasibəti təshih etmək, səhiyyə və əhaliyə tibbi yardım göstərilməsi sistemində islahatlar aparılmasının təbii mərhələlərini müəyyənləşdirmək təkidlə tələb olunurdu.
Yalnız 1993-cü ildə respublikada səhiyyə sektorunda vəziyyətin qiymətləndirilməsinə dair səylər göstərildi və sahənin uzunsürən, dərin böhrandan çıxarılması üçün yollar axtarılmasına başlandı.
Azərbacan xalqının ümummilli lideri Heydər Əliyev ölkəyə yenidən rəhbərliyinin ilk günlərindən başlayaraq siyasi, iqtisadi və sosial inkişafın təxirəsalınmaz vəzifələri sırasında səhiyyə problemini də başlıca problemlərdən biri - dərin analitik iş görülməsini, səhiyyə şəbəkəsinin və onun bütün potensialının sosial-iqtisadi formasiyanın prinsipcə yeni şəraitinə uyğunlaşdırılmasını tələb edən problem səviyyəsinə qaldırdı. Müsbət cəhətlər sırasında ölkə rəhbərliyinin ictimai-siyasi vəziyyəti sabitləşdirmək, cəbhədə bütün qarşıdurma xətti boyunca atəşi dayandırmaq, geniş sosial yardım proqramını həyata keçirmək, qaçqın və məcburi köçkünlər üçün kompensasiya mexanizmləri tətbiq etmək sahəsindəki fəaliyyətini xüsusi vurğulamaq lazımdır.
Səhiyyə sisteminin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlar ölkənin iqtisadi və sosial infrastrukturunu inkişaf etdirməyin qlobal strateji proqramının, bazar iqtisadiyyatına malik dünyəvi, demokratik cəmiyyət qurulması prinsiplərinə söykənən proqramın bir hissəsi kimi müəyyənləşdirilmişdir.
Buna uyğun olaraq, bütün sahənin təşkilini, onun xidmətlərinin mahiyyətini və faktik fəaliyyətini, habelə sahənin səmərəli fəaliyyətini təmin edən ictimai funksiyanı müəyyənləşdirmək yolu ilə onların qarşılıqlı münasibətlərini köklü surətdə dəyişdirmək, dövlət idarəetməsinin yeni sistemini yaratmaq vəzifəsi qarşıya qoyulmuşdur.
1992-1994-cü illərdəki çətin proqnozlaşdırılan, müvafiq surətdə 1012,3% (1992-ci il), 1229,1% (1993-cü il) və 1763,5% (1994-cü il) təşkil edən inflyasiya, tibb müəssisələrinin fəaliyyət göstəriciləri həcminin, demək olar, dəyişməməsi və büdcə təxsisatlarının kəskin şəkildə azalması əhalinin sağlamlığının pisləşməsinə şərait yaratmış, sahənin texniki və texnoloji durğunluğuna səbəb olmuşdu.
Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, sosial baxımdan təhlükəli infeksion xəstəliklərin dinamikası da mənfi istiqamətdə dəyişmişdi.
Beləliklə, səhiyyə sistemində yaranmış böhranın səbəblərindən biri sahənin dövlət tərəfindən maliyyələşdirilməsinin getdikcə azalması ilə mövcud strukturlar arasındakı qeyri-tarazlıq olmuşdur. Son illərdə Azərbaycan hökumətinin gördüyü tədbirlər, habelə pullu tibbi xidmətlərin inkişafı və beynəlxalq humanitar təşkilatların yardımı sayəsində səhiyyənin fəaliyyətinin bəzi mühüm istiqamətlərində problemin gərginliyi azalmış və ya aradan qaldırılmışdır. Bütünlükdə isə səhiyyə sistemində əsaslı islahatın aparılması Azərbaycan dövlətinin geniş iqtisadi və sosial siyasətində ən vacib vəzifələrdən biridir.
Səhiyyəmiz cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı, ixtisasca həkim olan Mehriban Əliyevin qayğısı və diqqəti sayəsində özünün çiçəklənmə dövrünü yaşayır.