Ali məktəbdə bədbəxt hadisə — İki tələbə ağır xəsarət aldı

Ali məktəbdə bədbəxt hadisə — İki tələbə ağır xəsarət aldı Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib.
AZTB.info Report-a istinadən xəbər verir ki, hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.
Universitet tələbələri - 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb.

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Oxşar xəbərlər