Azərbaycanda qadın qızı ilə birgə özünü 2-ci mərtəbədən atıb

Azərbaycanda qadın qızı ilə birgə özünü 2-ci mərtəbədən atıb Yevlaxda qadın qızı ilə birgə intihara cəhd edib.

Report.az bildirir ki, hadisə rayonun Kövər kəndində baş verib.

Kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən atıb. Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər