Azərbaycanda 3 min nəfərin maaşı artırıldı — QƏRAR

Azərbaycanda 3 min nəfərin maaşı artırıldı — QƏRAR Bakı Dövlət Universitetində müəllim-professor heyətinin maaşı artırılıb.
"Ölkə.Az" xəbər verir ki, universitetin rektorluğunun 24 noyabrda keçirilmiş genişləndirilmiş iclasında bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əmək haqqı dekabr ayının 1-dən 130 manatadək artırılıb. Artım ümumilikdə universitetin 3000 mindən çox əməkdaşına şamil edilib.

Bundan əlavə olaraq, hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq fərqlənmiş əməkdaşların əmək haqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses təxminən 300 nəfərə şamil olunur.

Onu da qeyd edək ki, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən bir çox professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

Oxşar xəbərlər