Ukrayna telekanalının efirində Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin iştirak etdiyi proqramda gərginlik yaşanıb.
Qafqazinfo xəbər verir ki, Ali Radanın "Radikal partiyası”ndan olan deputatı İqor Mosiyçuk korrupsiya ilə bağlı müzakirələr zamanı az qala Saakaşvili ilə əlbəyaxa olacaqdı. Əl ağacı ilə eks-prezidentə tərəf gedən Mosiyçuk "Siz də Gürcüstanda korrupsiya ilə məşğul olurdunuz. Siz də korrupsionersiniz və buna görə də təqib edilirsiniz” deyə Saakaşviliyə səslənib. Həmçinin onun Ukraynada siyasətlə məşğul olmağa haqqı olmadığını qeyd edib.
Deputatın irəliləməsinə aparıcı mane olub.