Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib.
“Ölkə.Az” xəbər verir ki, partlayış nəticəsində Ali Radanın deputatı, “Radikal” partiyasının təmsilçisi İqor Mosiyçuk yaralanıb. Bu barədə deputatın mətbuat xidməti Anna Senik məlumat yayıb. Verilən məlumata görə, İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında avtomobil partlayıb.
“İqor Mosiyçukə qarşı sui-qəsd olub. “Espresso” telekanalının binasından çıxan zaman partlayış olub. O, yaralanıb. İqor Mosiyçuki xəstəxanaya yerləşdiriblər”, - deyə Anna Senik bildirib.
Qeyd edək ki, onun vəziyyəti barədə hələ ki, məlumat verilmir.