Bildiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib.
Yenicağ.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, FHN-də ixtisarlar davam edir. Belə ki, Kəmaləddin Heydərov ən yaxın adamlarından birini, sağ əli kimi tanınan – uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb. Faktla bağlı Nazirliyin nə mətbuat xidməti, nə də ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi ilə əlaqə saxlamaq mümkün olmadı. Çünki hər iki şöbənin rəhbərləri də işdən azad olunub.
İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.