Fövqəladə Hallar Nazirliyində dəyişiklik - İki xidmət birləşdirildi

Fövqəladə Hallar Nazirliyində dəyişiklik - İki xidmət birləşdirildi Bəzi kütləvi informasiya vasitələrində Fövqəladə Hallar Nazirliyində (FHN) ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb

FHN mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun modern.az-a verdiyi məlumata görə, hələ 2016-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

“Bu fərmana əsasən, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb”.

Qurum rəsmisi deyib ki, Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim edib:

“Bundan sonra cənab Prezident İlham Əliyevin 2017-ci il 19 aprel fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub. Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur”.

Oxşar xəbərlər