Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır.
Trend xəbər verir ki, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib: "Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər.
Bu, 100, 500, 50 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil ki, zəlzələ gözlənilir. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir".