"Faytonçu” Nazimin (Nazim Pişyari) şikayət etdiyi "Elmed” klinikasında ölüm hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, "Faytonçu” Nazimin şikayətçi olduğu klinikada bir vətəndaş əməliyyatdan sonra dünyasını dəyişib:
"Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlamışıq. Orada araşdırmalarımız zamanı Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub. Hazırda o işlə bağlı araşdırma aparılır və Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır”.
Vəkil onu da qeyd edib ki, həmin klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfdən SOS siqnalı çalınmalıdır:
"Klikanın maddi-texniki vəziyyəti onun peşəkar tibb fəaliyyətinin göstəricisidir”.
Qeyd edək ki, öd kisəsindən əziyyət çəkən "Faytonçu” Nazim 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub. Bundan sonra müğənni hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.