“Bəlkə, tualetə bir yerdə gediblər” - Lavrovdan zarafat

“Bəlkə, tualetə bir yerdə gediblər” - Lavrovdan zarafat Rusiyanın XİN başçısı Sergey Lavrov prezident Vladimir Putinin amerikalı həmkarı Donald Тrampla görüşü barədə zarafat edib

Nazir görüş haqda "NBC News”a müsahibəsində danışıb. O, bildirib ki, liderlər G20 Sammiti çərçivəsində daha 3 dəfə qarşılaşa bilərdilər. XİN başçısı: "Şam yeməyi başa çatanda... Görünür, Donald Tramp yoldaşını aparmağa gəlib və prezident Putinlə bir neçə dəqiqə keçirib. Və nə olsun?”- deyib.

Daha sonra nazir əlavə edib ki, iki liderin qısa görüşü mediaya məlum olduğundan daha çox ola bilərdi. Görüş barədə fikrini yekunlaşdıran S.Lavrov "Bəlkə, tualetə bir yerdə gediblər”,-deyərək zarafat edib.

Xatırladaq ki, Donald Tramp prezindet seçildikdən sonra ilk dəfə idi Rusiya lideri ilə görüşürdü. Onlar G20 Sammitinin şam yeməyində bir araya gəlmişdilər.

Oxşar xəbərlər