1400 –dən çox qadın və uşaqların qaçaraq Türkiyəyə gəldiyi və düşərgəyə yerləşdiyi bildirilir.
İŞİD terror qruplaşmasının tərkibində iştirak edən qadınların (gəlinlər) əksəriyyəti türk, rus, tacik və azərbaycanlıdır. Minlərlə qadının öldürüldüyü, həyatda qalanların isə gizli həsxanalarda saxlanıldığını deyən terrorçulardan birinin arvadı “Əksəriyyətimiz bura ərlərimizlə gəldik. Bura savaşmağa və ya öldürməyə gəlmədik, yaşamağa gəldik” deyir. Başqa bir İŞİD gəlini isə Mosulda olmasının yanlışlıqla baş verdiyini, “Evə getmək istəyirəm, təsadüfən burdayam, buraxın burdan gedim” deyib.
Bildiyimiz kimi terror təşkilatı İŞİD-in İraqda kökü kəsilmək üzrədir. Xəlifəlik elan etdiyi torpaqlarda sürətlə məhv edilən təşkilatın minlərlə üzvü öldürülüb, yüzlərlə üzvü isə həbsxanalarda saxlanılır. İŞİD terrorçuların həyat yoldaşları isə Mosulun cənubunda yerləşən düşərgədə saxlanılır. 1400-dən çox qadın və uşağın yerləşdirildiyi düşərgə ilk dəfə görüntülənib.
İŞİD gəlinləri düşərgədən reportaj hazırlayan Rusiyanın “Russsia Today” mediasına çadırlar altında üzlərini gizlədərək qorxu içərisində yaşadıqlarını bildiriblər.
RT kanalının çəkdiyi görüntülərdə qadınların əksəriyyəti Türkiyə və keçmiş sovetlər birliyinə aid ölkələrdən Azərbaycan, Tacikistan və Rusiyadan gəldiyini deyib. Lakin aralarında alman və fransızlar da var.
İraq nümayəndələri qadınların yanında şəxsiyyəti təsdiq edən sənədlərinin olmadıqlarını və bundan dolayı onların şəxsiyyətinin müəyyən edilməsində xeyli çətinlik çəkdiklərini bildirib. Ona görə də İraq qadınların sərhəddən buraxılması üçün onların vətəndaşlığını təsdiq edən ölkələrlə əlaqə yaradır.
Xatırladaq ki, İŞİD bu il ərzində İspaniya, İngiltərə, Fransa, Filippin, Misir, İndoneziya və İran kimi ölkələrdə terror aktları həyata keçirib. Bu günə qədər 30-dan çox ölkəni hədəfə alan və 200-ə yaxın hücumlar təşkil edən terror təşkilatı hücumların bəzilərini təşkilata üzv olan terrorçular vasitəsi ilə, bəzilərini də yerli vətəndaşların əli ilə həyata keçirib.
Amerikanın CNN İnternational kanalının verdiyi məlumata görə, 5 qitəni qana bulayan hücumlarda 2 mindən çox insan öldürülüb. İraq və Suriyadakı müharibələrdə ölənlərin sayı isə məlum deyil.
a24.az