Sutka ərzində Rusiyada 15 min hektar meşə sahəsi yanıb
Son sutka ərzində Rusiya Federasiyası ərazisində təbii yanğınlar nəticəsində 15 min hektardan çox meşə sahəsi məhv olub.
Bu barədə Rusiya Meşə Təsərrüfatının tabeliyində fəaliyyət göstərən "Avia Meşə Mühafizə" xidməti məlumat verir.
"Gün ərzində 24 475 hektar, o cümlədən 15 347 hektar meşəlik ərazidə yanğın baş verib",- deyə xidmətin məlumatında bildirilir.
Bununla yanaşı, ötən gün ərzində 13,3 min hektar sahədə 131 meşə yanğının qarşısını almaq mümkün olub. Yanğınsöndürmə işlərinə 5,5 min canlı qüvvə, 800 ədəd texnika, 26 yanğınsöndürən təyyarə cəlb edilib.
Ən böyük yanğın ocaqları Amur vilayətində, Zabaykalye və Buryatiyada olub.